AQTA-nın İSLAHATLARI – Azərbaycanın pomidor ixracına ZƏRBƏ VURUB

Hazırda oxunan: AQTA-nın İSLAHATLARI – Azərbaycanın pomidor ixracına ZƏRBƏ VURUB

127165

2023-cü ilin ilk 2 ayında Azərbaycandan 19 milyon 91 min dollar dəyərində 15 min 498 ton pomidor ixrac edilib. 

Bizim.Media Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki,  ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsilə 5 milyon 426 min dollar və ya 22,1 faiz, dəyər ifadəsilə 4 min 887 ton və ya 24 faiz azalıb. 

Qeyd edək ki, 2022-ci ilin ilk 2 ayında Azərbaycandan 24 milyon 517 min dollar dəyərində 20 min 385 ton pomidor ixrac edilib.

İxracın son 1 ildə 25 fazi azalması ciddi suallar doğurur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, 2 ilə yaxındır ki, şimal bölgəsində olan fermerlər tərəvəz yetişdirdikləri istixanaları sökməyə başlayıblar:

“Xaçmazda, hətta Şəmkirdə də istixanalar sökülür, yerinə meyvə bağları salınır. Bunun da əsas səbəbi yetişdirdikləri məhsulu ixrac edə bilməməliridir. Son 2 ildə Azərbaycandan Rusiyaya pomidor ixracında xeyli problemlər ortaya çıxıb. Ona görə də fermerlərdə bu sahəyə maraq getdikcə azalır. Bildiyiniz kimi artıq 2 ildir ki, Azərbaycandan Rusiyaya pomidor və digər kənd təsərrüfatı məhsullarının ixracına AQTA sertifikat verir. Bu sertifikatın da bir nüsxəsi Rusiyaya verilir. AQTA-nın sertifikatı olmasa Rusiya tərəfi məhsulun idxalına icazə vermir. AQTA isə müxtəlif adlar altında fermerləri sıxışdırıb onları sertifikatlardan məhrum edir. Yaranmış vəziyyət fermerləri razı salmadığından onlar əkinləri ilbəil azaldırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin