İngiltərənin paytaxtı Londonun ən çox ziyarət edilən muzeylərindən olan Viktoriya və Albert müzeyində kütləvi iftar proqramı təşkil olunub. İftar mərasiminə 400 nəfər müsəlman qatılıb.
Onlar namaz qıldıqdan sonra birlikdə iftar süfrəsinə əyləşiblər.
Bizim.Media ingilis mətbuatına istinadən bildirir ki, iftar mərasimi “Ramazan Çadırı” Layihəsinin qurucusu Ömər Salhın təşəbbüsü ilə reallaşıb. Bu il bu layihənin 10-cu ildönümü qeyd olunur.
Bu çərçivədə İngiltərənin 10 fərqli şəhərində Ramazan ayında iftar tədbirlərinin təşkil olunacağını bildirən Salha bu şəhərlər arasında London, Birmingem, Mançester və Kembricin də olduğunu deyib.
“Ramazan Çadırı” layihəsinin təsisçilərindən olan Döşan Hamza sözügedən muzeydə təşkil olunan iftar mərasimi ilə bağlı belə deyib:
“Biz yad insanları dosta çeviririk və cəmiyyət hissinin yaranmasına çalışırıq”.
İftar proqramlarının əlamətdar və tarixi məkanlarda keçiriləcəyini bildirən Humzah bildirib ki, layihəmizə futbol klublarından maraq böyükdür. Çelsi Fondu və futbol klubu ilə əməkdaşlığımız nəticəsində Premyer Liqa komandasının stadionunda ilk iftar tədbirini təşkil edəcəyik".
Humzah əlavə edib ki, “Çelsi” və “Brayton” klublarının stadionları ilə yanaşı, “Aston Villa” və “Kvins Park Reyncers” və “Uembli” stadionlarında da iftar proqramları təşkil olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:22 / 25.03.2023
“Çelsi”nin stadionunda iftar süfrəsi açılacaq - FOTO
Hazırda oxunan: “Çelsi”nin stadionunda iftar süfrəsi açılacaq - FOTO
Hazırda oxunan: “Çelsi”nin stadionunda iftar süfrəsi açılacaq - FOTO
127158
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.