ABŞ-ın “Demokratiya sammiti”nin İÇ ÜZÜ – Hulusi Kılıç hansı sirləri açdı? – ÖZƏL

Hazırda oxunan: ABŞ-ın “Demokratiya sammiti”nin İÇ ÜZÜ – Hulusi Kılıç hansı sirləri açdı? – ÖZƏL

127146

“Amerika Birləşmiş Ştatlarının gülməli demokratiya anlayışı var. Co Baydenin prezidentlik seçimi zamanı vəd etdiyi “Demokratiya sammiti”nin ilki 2 il öncə baş tutmuşdu. İkincisinin də 30 martda təşkil ediləcəyi bildirilir. Amerika dünyanı öz bildiyi kimi dizayn etməyə çalışır. Amerikada demokratiya anlayışı varmı ki, “demokratiya sammiti” təşkil edir?!”

Bu fikirləri Bizim.Media-ya Türkiyənin Azərbaycandakı sabiq səfiri, diplomat Hulusi Kılıç deyib.

NATO üzvü olan iki ölkə - Türkiyə və Macarıstanın sammitə dəvət almamasını ikili standartlar kimi dəyərləndirən diplomat, ABŞ-nin dizayn etdiyi yeni dünyada yer almamağın daha məqsədəuyğun hesab edir:
“Bu sammitdən daha çox ABŞ-yə özü yararlanacaq. Aralarında demokratiyanın “d”si olmayan Asiya, Afrika, Latın ölkələri dəvət edilərkən, NATO üzvü olan iki ölkə - Macarıstan və Türkiyənin dəvət edilməməsi sammitin elə-belə gəlişi gözəl, düşünülərək təşkil edilmədiyini göstərir.

 

MÖVZU İLƏ BAĞLI:

Hulusi Kılıç: “Rusiya sülhməramlıdırsa, vəzifəsini yerinə yetirsin” - VİDEO


Xüsusən Azərbaycanın sammitə dəvət edilməməsi erməni lobbisinin təzyiqləri nəticəsində olub.

İkili standartlar hər zaman olur. Bunu görürük. Açıq aşkar edirlər. Biz ikili standartları 44 günülük Vətən müharibəsi vaxtı da gördük. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə rəğmən Azərbaycanın torpaqları geri verilmədi. Yenə ATƏT deyilən, gülməli həmsədrlər sistemi də zaman qazandı, zamanla oynadı. Azərbaycan öz gücü, öz biləyi ilə özünə aid olanı aldı”, - deyə H. Kılıç qeyd edib. 

Diplomat əlavə edib ki, sammitə dəvət edilən və edilməyən ölkələrə baxaraq analiz aparılan zaman görünən mənzərə bəsitdir. Rusiya-Ukrayna müharibəsində bitərəf olan ölkələrin heç biri sammitdə iştirak etmir.
“Bölgədə bir savaş var. Ukrayna-Rusiya müharibəsi. Bu müharibədə Türkiyə, Macarıstan, Azərbaycan tərəfsiz rol tutur. Xüsusən Macarıstanın Aİ ölkəsi olaraq da önə çıxması Qərb dairələrini narahat edir. Qərb ölkələri Rusiyaya qarşı Ukrayna mövzusunda öz istəklərini qəbul etməyən Türkiyə, Macarıstan və Azərbaycanı sammitə dəvət etmir. Təbii ki, dəvət edilməmək sammitin keyfiyyətini, anlamını, səviyyəsini açıq şəkildə göstərir. Sammit ayrı-seçkilik olmadan təşkil edilməli idi. Amma ki, görürük ki, ikili standartlar ortadadır. Biz nə deyirik? – İt hürər, karvan keçər. Bu sammitdə keçər, biz də öz yolumuza davam edərik. Olmadığımız yer bizim üçün sadəcə heç bir məna kəsb etmir”, - deyə sabiq səfir əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin