Bu gün Ümumdünya Vərəmlə Mübarizə Günüdür. Hər gün minlərlə insanın bu xəstəlikdən dünyasını dəyişməsi bu məsələyə daha ciddi yanaşmağı tələb edir.
Bizim.Media xəbər verir ki, muxtar respublikada da vərəmlə mübarizədə qətiyyətli addımlar atılır.
Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. İnsan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və digər yollarla daxil olur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün vərəm xəstəliyindən dünyada 4 min 400 nəfər həyatını itirir, 30 min nəfərdə isə xəstəliyə yoluxma baş verir. Hazırda Naxçıvan Muxtar Respublikasında 476 şəxs vərəmlə mübarizə aparır.
Bəs muxtar respublikada vərəmlə mübarizədə hansı tədbirlər görülür?
Naxçıvan televiziyasının mövzu ilə bağlı videomaterialı təqdim edirik:
Bizim.Media