İranda zəlzələ nəticəsində yaralananların sayı 165-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
İsrail Hərbi Hava Qüvvələri İrana məxsus silah anbarını MƏHV ediblər - VİDEO
Qeyd edək ki, bu gün səhər İranda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Təbii fəlakətin episentri İranın Xoy şəhərindən 35 km cənubda (əhali sayı təxminən 175 min nəfər) yerləşib. Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikası və Türkiyənin sərhəd ərazilərində də hiss olunub.
Bizim.Media