Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədəliyeva Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə çinli Yeqing Zhunu məğlub edib.
MÖVZU İLƏ BAĞLI:
“Böyük Dəbilqə”: Azərbaycanlı cüdoçuların rəqibləri müəyyənləşdi
Bundan əvvəl 60 kq-dakı təmsilçimiz Turan Bayramov qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Böyük Dəbilqə turniri martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
Rəşad Rafiqoğlu, Bizim.Media