Azərbaycan nümayəndə heyəti Avropa Şurası Konqresinin 44-cü sessiyasında iştirak edib - VİDEO 

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti Avropa Şurası Konqresinin 44-cü sessiyasında iştirak edib - VİDEO 

127055

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Aidə Cəlilzadə və Anar İbrahimov Fransanın Strasburq şəhərində səfərdə olublar. 

Bizim.Media xəbər verir ki, 44-cü sessiya mart ayının 20-24 tarixlərində Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində baş tutub.  

Konqresin Regionlar Palatasının iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə dekabr ayından Qarabağda Azərbaycan ekofəalları tərəfindən ölkəmizə qarşı ekosid və təbii sərvətlərin talanına qarşı keçirdikləri ekoaksiya barədə məlumat verib.

Aidə Cəlilzadə həmçinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq, “Böyük qayıdış” proqramının həyata keçirilməsindən də geniş bəhs edib. 

Martın 22-də Avropa Şurası Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov sessiyada "Demokratiyanın aşağı səviyyədə yeridilməsi: Avropa Şurasının gələcəyi və Konqresin oradakı rolu. 16-17 may 2023-cü il tarixlərində İslandiyanın Reykyavik şəhərində Avropa Şurası Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşünə Konqresin töhfəsi" adlı sənədin müzakirəsinə qatılıb.

O, Avropa Şurası məkanında təhdidlər, xüsusən də aqressiv separatizm və onun təhlükələri barədə danışıb. Demokratik cəmiyyətimizdə hansı təhlükələrin olduğunu diqqətə çatdıran Anar İbrahimov onu da əlavə edib ki, aqressiv separatizm cəmiyyətimiz üçün ciddi təhlükədir və bununla qəti şəkildə mübarizə aparılmalıdır.
Diqqətə çatdırıb ki, Avropa Şurası bəzən fundamental dəyərlərimizi və prinsiplərimizi müdafiə etməkdə qeyri-ardıcıllıq nümayiş etdirir, lakin biz insan hüquqlarının müdafiəsinə və xalqların suverenliyinin qorunmasına sadiqliyimizi gücləndirmək üçün birlikdə çalışmalıyıq:

"İllər ərzində Avropa Şurasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasına məhəl qoyulmayıb. Bizim dəyərlərimiz və yanaşmalarımız universal deyildi və indi də bununla bağlı bir çox problemimiz var". 

Nümayəndə heyətinin rəhbəri onu da vurğulayıb ki, biz demokratik cəmiyyətimizi daxili və ya xarici bütün təhlükələrə qarşı qorumaq üçün həmrəylik və qətiyyət göstərməliyik. Daha ədalətli və daha demokratik gələcək qurmaq üçün birlikdə çalışmalıyıq. 

Qeyd edək ki, sessiya bu gün öz işini başa vurub. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin