Şəhid anaları müharibənin muzeyə döndərdiyi TƏRTƏRDƏ - FOTO

Hazırda oxunan: Şəhid anaları müharibənin muzeyə döndərdiyi TƏRTƏRDƏ - FOTO

127050

Bir qrup şəhid anası Tərtərə səfər edib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfərin əsas məqsədi rayon ərazisində salınmış və hər şəhidin adına bir ağac əkilmiş "Vətən bağı"nı ziyarət etmək olub.

Qonaqlar rayon ərazisində amansız müharibənin muzeyə döndərdiyi yerlərə də səfər edib və ətraflı məlumatlandırılıblar. 
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin üzvləri olan şəhid anaları və xanımları ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb. Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdiyi döyüş sücaətlərindən söhbət açıb. Belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib.

Görüşdən sonra rayon rəhbəri qonaqlarla birlikdə Şıxarx qəsəbəsi ərazisində salınan “Vətən Bağı” şəhidlər parkına gedərək orada əkilən ağacların vəziyyəti ilə tanış olub.

Sonda xatirə fotoları çəkilib. 










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin