Zəlzələ ilə bağlı FHN-dən AÇIQLAMA

Hazırda oxunan: Zəlzələ ilə bağlı FHN-dən AÇIQLAMA

127020

Fövqəladə Hallar Nazirliyi (FHN) martın 24-də İsmayıllıda qeydə alınan zəlzələ ilə bağlı məlumat yayıb.

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, martın 24-də saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha bir ZƏLZƏLƏ – Bu dəfə İsmayıllı SİLKƏLƏNDİ


Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin