De Byazi Avstriya ilə oyun öncəsi 3 futbolçunu heyətdən niyə çıxartdı?

Hazırda oxunan: De Byazi Avstriya ilə oyun öncəsi 3 futbolçunu heyətdən niyə çıxartdı?

127008

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Avstriya yığmasına qarşı keçirəcəkləri oyun üçün 23 futbolçudan ibarət heyəti müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, 67 yaşlı mütəxəssis sərəncamındakı 26 futbolçudan 3-nü heyətdən çıxarmalı olub.

İtaliyalı məşqçi Ceyhun Nuriyev (“Sabah”), Azər Salahlı (“Neftçi”) və Rüstəm Əhmədzadənin (“Zirə”) xidmətindən yararlanmamağa qərar verib. 
Xatırladaq ki, daha əvvəl Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli də zədəli olduğu üçün millinin heyətindən çıxarılmışdı. 

Bu gün Lins şəhərindəki “Rayffayzen Arena”da keçiriləcək Avstriya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin