“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq və tərəflər eskalasiyadan qaçına biləcəklər”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Twitter” hesabında qeyd edib.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanacaq və bu, ən yüksək səviyyədə verilən rəsmi bəyanatlara əsaslanacaq. Yeni eskalasiya olmayacaq. Beynəlxalq ictimaiyyət bu narrativə qəti şəkildə dəstək verməlidir”, - deyə Paşinyan bildirib.
Bizim.Media
There will be a #peace treaty between #Armenia and #Azerbaijan, and it will be based on the joint official statements adopted at the highest level. There won’t be а new escalation! The international community must strongly support this narrative.
— Nikol Pashinyan (@NikolPashinyan) March 23, 2023