23 mart “Ümumdünya Meteorologiya Günü” kimi qeyd olunur. Azərbaycanda Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin Ümumdünya Meteorologiya Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi sahəsində davamlı tədbirlər görülür. Xüsusilə son illərdə ənənəvi müşahidə qurğuları artıq müasir avtomat stansiyalarla əvəz edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Rafiq Verdiyev bildirib.
R. Verdiyev qeyd edib ki, müasir avtomat stansiyalar həm ölkə, həm də beynəlxalq yayıma ötürülən məlumatların kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına zəmin yaradır:
“Təkcə hidrologiya sahəsində son 3 ildə iri çaylar üzərində Avropa istehsalı olan 40 ən müasir avtomat stansiya quraşdırılıb və onlayn rejimdə fəaliyyət göstərir. Onlardan 11-i vasitəsilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisindəki çaylarda həm suyun miqdarı, həm də transsərhəd çaylarda suyun keyfiyyəti nəzarətdə saxlanılır”.
R.Verdiyev qeyd edib ki, innovativ tətbiqlər digər istiqamətləri də əhatə edir və dövlət investisiya layihəsi çərçivəsində müşahidə şəbəkəsində 4 dəst dəniz, 2 ədəd dopler radar, 17 dəst meteoroloji, bir dəst aqrometeoroloji stansiya istifadəyə verilib:
“Avtomatlaşdırılmış hidrometeoroloji və hava keyfiyyəti stansiyalarından alınmış məlumatların Milli Hidrometeorologiya Xidmətində yeni yaradılmış Situasiya Mərkəzində onlayn şəkildə vizuallaşması təmin edilib. Cari ilin birinci yarısında isə Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan rayonları ərazisində 5 meteoroloji stansiyanın bərpası çərçivəsində avtomat meteoroloji stansiyaların istismara verilməsi nəzərdə tutulub”.
Xidmət rəsmisinin sözlərinə görə, bu fəaliyyətlər proqnoz və xəbərdarlıqların dəqiqliyini artırmaqla ölkənin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Rafiq Verdiyev onu da bildirib ki, Azərbaycanda da 2030-cu ilədək bütün ölkələr tərəfindən yaradılması hədəflənən “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:39 / 23.03.2023
Ölkədə meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulur
Hazırda oxunan: Ölkədə meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulur
Hazırda oxunan: Ölkədə meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulur
126912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.