Xəbər verdiyimiz kimi, bu gün Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən 23 mart tarixində səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavab verib.
Bizim.Media xəbər verir ki, A. Hacızadə N. Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi iddialarını pisləyərək rədd edib:
"Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin".
A. Hacızadə bildirib ki, Ermənistan tərəfinin özünü Azərbaycanın erməni sakinlərinin “hüquq müdafiəçisi” kimi təqdim etməyə heç bir mənəvi haqqı yoxdur:
"Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:00 / 23.03.2023
XİN: “Paşinyan təcavüzkar ritorikadan imtina etməlidir”
Hazırda oxunan: XİN: “Paşinyan təcavüzkar ritorikadan imtina etməlidir”
Hazırda oxunan: XİN: “Paşinyan təcavüzkar ritorikadan imtina etməlidir”
126908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.