Ermənilər Laçın yolunda sərhəd məntəqəsinin yaradılmasına mane ola bilməyəcək - VİDEO

Hazırda oxunan: Ermənilər Laçın yolunda sərhəd məntəqəsinin yaradılmasına mane ola bilməyəcək - VİDEO

126900

Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də ərazilərimizdə olması ciddi narahatlıq doğurur.

Bizim.Media xəbər verir ki, verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib.

Onun sözlərinə görə, son vaxtlar Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən mövqelərimizin intensiv şəkildə atəşə tutması halları artıb.

Hərbi eskpert Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsinə də diqqət çəkib. 

Ədalət Verdiyev əmindir ki, Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasına heç bir  kənar qüvvə mane ola bilməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin