İranın Azərbaycana qarşı daha bir təxribatı iflasa uğradı – VİDEO

Hazırda oxunan: İranın Azərbaycana qarşı daha bir təxribatı iflasa uğradı – VİDEO

126889

Bir neçə gün əvvəl İran hakimiyyəti ilə əlaqəsi olan Telegram kanalları Azərbaycan ordusunun talış əsilli əsgərinin guya talış dilində belə sözlər dediyini tirajlayıb:

“İranla müharibə bizim müharibəmiz deyil. İran bizim vətənimizdir. Əgər ordu  talışları İrana qarşı döyüşə çıxarsa, vuruşmayacağıq”.

Bizim.Media xəbər verir ki, videoda səsin fonu dəyişdirilmişdi. İranın belə ucuz təxribatını Azərbaycan cəmiyyətinə nifaq salmağa çalışan erməni və ermənipərəst Rusiya mediası götürmüşdü.

Orijinal videoda isə Azərbaycan ordusunun əsgəri Ali Baş Komandan İlham Əliyevə istinadən bildirir ki, Azərbaycan bayrağı hər bir erməni səngərində dalğalanacaq. Hərbçi qeyd edir ki, onlar əmrə əməl ediblər və hazırda Azərbaycanın üçrəngli bayrağının dalğalandığı erməni səngərindədirlər.
Daha sonra o və silahdaşları cəbhədən qohumlarına və dostlarına salamlar göndərirlər. 

Beləliklə, İranın Azərbaycana qarşı daha bir təxribatının iflasa uğradığının şahidi oluruq.
 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin