Türkiyəyə yalnız yeni şəxsiyyət vəsiqəsi ilə gedə bilərik - DİN-dən açıqlama

Hazırda oxunan: Türkiyəyə yalnız yeni şəxsiyyət vəsiqəsi ilə gedə bilərik - DİN-dən açıqlama

12687

Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəyə köhnə şəxsiyyət vəsiqələri ilə gedə bilməyəcəyik


Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu imzalayıb.

Qanun Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin