"İran psixoloji depressiya mərhələsindədir" - Cümşüd Nuriyev

Hazırda oxunan: "İran psixoloji depressiya mərhələsindədir" - Cümşüd Nuriyev

126739

İran regionda gərginliyi artırmaqda davam edir.

Belə ki, SEPAH-a bağlı teleqram kanalının məlumatına görə, İranın Hərbi Hava Qüvvələri bölgədəki durumu izləmək üçün ölkənin şimal-qərb sərhədi yaxınlığında kəşfiyyat uçuşları həyata keçirib.  

Məlumatda bildirilib ki, İranın şimal-qərb sərhədlərində yaranan gərginlik səbəbindən ordu və SEPAH-ın hava hücumundan müdafiə və raket bölmələrinin hazırlıq səviyyəsi yüksəlib.

Bundan əlavə, Ermənistan vəziyyətin dəyərləndirilməsi üçün öz səmasını İran PUA-larına açıb. Həmçinin, Ermənistanın Azərbaycanla sərhədə çoxsaylı texnika yığdığını əks etdirən görüntülər də teleqram kanallarında yayılıb.

Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyevin fikrincə, İranın bu hədəsinin arxasında Rusiya və Çin dayanır:

“Bütün bunlar Çin lideri Si Sizinpinin Putinlə görüşündən sonra baş verir. Həmin liderlər arasında gizli görüşdən sonra dünyanın yenidən multipolyar qütbləşməsinə qərar verildi. Pekinlə Moskvanın iddialarının mərkəzində Qafqaz durur. Bu müstəvidə İranın xarici işlər nazirinin müavini təcili İrəvana səfər edib. İranın teleqram kanallarında Azərbaycan hədələnib. Bunların arxasında Rusiya dayanır. Pekin və Moskva Turan məsələsində ortaq məxrəcə gəlib. Görünən odur ki, Çin və Rusiyanın istəyinə uyğun olaraq xüsusi hazırlıqlar gedir. İran da burada siyasi vasitəçidir”. 

Ekspert qeyd edir ki, Tehran Azərbaycanı hədələməklə qarşı tərəfin ona preventiv cavab verəcəyini düşünür: 

“Həmçinin, bununla İran Azərbaycanda daxili gərginlik yaradacağını zənn edir. Lakin Bakı bu avantüraya getməyəcək. Nə də ki, Türkiyə Azərbaycanı tək qoymayacaq. İranın bu hərəkətləri sadəcə bir görüntüdür”.

Həmsöhbətimizə görə, İran hazırda psixoloji depressiya mərhələsindədir:

“Müsəlman dünyası hazırda müharibənin qadağan edildiyi 4 ay mərhələsinə qədəm qoyub. Belə olan halda İran necə müsəlman dövlətidir ki, Ramazan ayının başlanması dövründə ən çox şiənin olduğu dövlətin sərhədində öz gücünü nümayiş etdirir. İran ümumiyyətlə, psixoloji depressiya mərhələsinə qədəm qoyub”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin