Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneulidə Azərbaycanlı ağsaqqallarla görüşüb.
Bizim.Media xəbər verir ki, Marneulidəki “Çay Evi”ndə keçirilən görüşdə hökumət başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib, gürcü və Azərbaycan xalqları arasında tarixən mövcud olan xüsusi dostluq münasibətlərindən danışıb.
Baş nazir Gürcüstanın demokratik, iqtisadi inkişafında azərbaycanlıların rolunu xüsusi qeyd edib.
Tədbirdə Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla əlaqələr departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının sədri Amiran Qiorqadze, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
19:44 / 21.03.2023
Gürcüstan Baş naziri Marneulidə azərbaycanlı ağsaqqallarla görüşdü – FOTO
Hazırda oxunan: Gürcüstan Baş naziri Marneulidə azərbaycanlı ağsaqqallarla görüşdü – FOTO
Hazırda oxunan: Gürcüstan Baş naziri Marneulidə azərbaycanlı ağsaqqallarla görüşdü – FOTO
126666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.