“Azərbaycan Ermənistanı beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məşğul olmağa deyil, danışıqlar masası arxasına qayıtmağa çağırır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov "France 24" telekanalına müsahibəsində deyib.
"Azərbaycan Ermənistanla beynəlxalq hüququn təməl norma və prinsiplərinə əsaslanan sülh sazişi imzalamağı təklif edib. Şübhəsiz, bu cür prinsiplərdən biri də bir-birinin ərazi bütövlüyünə, suverenliyə və beynəxalq səviyyədə qəbul edilmiş sərhədlərinin pozulmazlığına hörmətdir", - o deyib.
Elçin Əmirbəyov Azərbaycanın Ermənistanla mövcud çətinliklərin aradan qaldırılmasında, layihəsinin təqribən bir il bundan əvvəl İrəvana təqdim olunduğu sülh sazişinin imzalanması məqsədilə istənilən köməkliyi və yardımı qiymətləndirdiyini qeyd edib.
"ABŞ-nin səyləri çox müsbət qarşılanır, bu səylər sayəsində ABŞ-nin iki ölkənin nəhayət sülhə nail olmasına köməklik göstərməyə sadiqliyini təsdiq etmək məqsədilə dövlət katibi Blinken Prezident İlham Əliyevi və baş nazir Paşinyanı dəvət edərək Münxendə onların görüşünü təşkil etdi.
Əlbəttə, daha bir iştirakçı var: bu, Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi ilə Avropa İttifaqıdır, üçtərəfli Brüssel sülh platforması təşəbbüsü onun tərəfindən irəli sürülmüşdü. Qısa zaman çərçivəsində Prezident İlham Əliyev və baş nazir Paşinyan Brüsseldə dörd dəfə görüş keçirərək müəyyən müsbət nəticələr əldə etmişdilər", - o deyib.
Elçin Əmirbəyov ötən ilin noyabr ayından etibarən Ermənistanın sülh prosesinin müzakirəsi üçün yenidən görüşlər təşkil etmək istiqamətindəki bütün cəhdlərin qarşısını təəssüf ki, aldığını qeyd edib.
"Sülh sazişinin təfərrüatlarını müzakirə etmək üçün Azərbaycan tərəfi ilə görüşmək əvəzinə onlar diplomatik yazışmalarla məşğul olur, layihəmizə şərhlərini poçtla göndərirlər.
Düşünürəm ki, bütün diplomatlar razılaşarlar ki, fikir ayrılıqlarını yoluna qoymağın ən yaxşı yolu danışıqlar masası arxasına keçməkdir. Bu səbəbdən Ermənistanın beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məşğul olmaqdansa, danışıqlar masası arxasına keçəcəyinə ümid edir və onu buna çağırırıq.
Laçın yolunda baş verənlər 2020-ci ilin noyabr ayında Prezident İlham Əliyev, Prezident Vladimir Putin və baş nazir Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən pozulmasının nəticəsidir", - o deyib.
- A-
- A
- A+
Siyasət
13:40 / 21.03.2023
Elçin Əmirbəyov: "Azərbaycan Ermənistanı danışıqlar masasına çağırır" – VİDEO
Hazırda oxunan: Elçin Əmirbəyov: "Azərbaycan Ermənistanı danışıqlar masasına çağırır" – VİDEO
Hazırda oxunan: Elçin Əmirbəyov: "Azərbaycan Ermənistanı danışıqlar masasına çağırır" – VİDEO
126627
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.