Ermənistan parlamenti “Hayastan” müxalifət fraksiyasının Laçın yolu ilə bağlı bəyanat layihəsini gündəliyə daxil etməyib.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hakim partiyanın “Vətəndaş sazişi” fraksiyası səsvermədə iştirak etməyib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya və Ermənistan XİN başçıları Laçın yolu ətrafında vəziyyəti müzakirə edəcəklər
Bəyanat layihəsi gündəliyə daxil edilməyib. 28 deputat (deputatların yarısından azı) lehinə səs verib.
Sənəddə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı missiyasının mandatının uzadılması qeyd olunub.
Bizim.Media