Xəbər verdiyimiz kimi bu saatlarda Fransanın bütün şəhərlərində pensiya yaşının artırılmasına eriraz edənlər aksiya keçirirlər.
Bizim.Media xəbər verir ki, artıq paytaxt Parisdə etirazçılarla polis arasında toqquşma olub.
Aksiyanı dağıtmağa çalışan hökumət qüvvələri etirazçılara güc tətbiq ediblər və polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, nümayişçilər ilə polis arasında toqquşmalar meydana bitişik küçələrdə, hökumətə etimadsızlıq barədə qərarın Milli Assambleyada (parlamentin aşağı palatası) kifayət qədər səs toplaya bilmədiyi açıqlanandan yarım saat sonra başlayıb.
Bu xəbərin yayılmasından sonra vəziyyət kəskin şəkildə gərginləşib, etirazçılar asayiş keşikçilərini təhqir etməyə, zibil qutularını yandırmağa, polisə daş və butulka atmağa başlayıblar.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media