Rusiya hərbçiləri tərəfindən işğal edilən Ukraynanın Mariupol şəhərində Ermənistan bayrağı olan “humanitar karvan” görüntülənib.
Bizim.Media xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko özünün teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, yük maşınlarını sayrışan mayakları olan avtomobillər müşayiət edib.
“İlyiç istiqamətində “Humanitar missiya” yazısı olan Ermənistanın, Dağıstanın bayraqları olan dörd yük maşını hərəkət edib”, - deyə P.Andryuşenko bildirib.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media