Ermənistan beynəlxalq birliyi saxta iddialarına inandırmağa çalışır

Hazırda oxunan: Ermənistan beynəlxalq birliyi saxta iddialarına inandırmağa çalışır

126377

Sülhü təhdid edən bu addımlarından diqqəti yayındırmaq üçün qondarma “etnik təmizləmə” və “soyqırımı” nağıllarına baş vuran Ermənistanın beynəlxalq birliyi bu saxta iddialarına inandırmaq üçün növbəti təxribatlar axtarışında olduğu aşkardır.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.

A.Hacızadə qeyd edib ki, həmçinin Ermənistanın azərbaycanlılara qarşı hansı qəddarlıqla kütləvi qırğınlar törətdiyi, yalnız Xocalıda bir gecədə 613 nəfər dinc sakini qətlə yetirdiyi və soyqırım aktları törətdiyi məlumdur.

Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyü, Ermənistanın itkin düşmüş şəxslər barədə məlumat verməkdən boyun qaçırdığı, işğaldan azad olunmuş Azərbaycan ərazilərində bir sıra kütləvi məzarlıqlar aşkarlandığı barədə faktların danılması mümkün deyil.

Ermənistanın bu kimi təcavüzkar siyasətinə baxmayaraq, Azərbaycan bir çox saxlanılan şəxsləri azad edib, 2020-ci il müharibəsindən sonra müvafiq axtarışlar apararaq 1700-dən artıq, 2022-ci il sentyabr ayında Ermənistan təxribatı nəticəsində isə 200 nəfərə yaxın erməni cəsədi Ermənistana təhvil verib. Görünür ki, Ermənistan tərəfi Azərbaycanın bu humanitar məqsədli və birtərəfli əsasda xoş niyyətlə gördüyü tədbirləri unudub”.
“Bir daha Ermənistan siyasi rəhbərliyini məsuliyyətli davranmağa, regionda 44 günlük müharibədən sonra yaranmış sülh imkanlarına xələl gətirən təxribat və bəyanatlardan, yalançı ritorikadan çəkinməyə çağırırıq”, - deyə XİN-in mətbuat katibi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin