Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 23 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 yük avtomobili Laçından Xankəndi, 2 minik və 20 yük maşını isə əks istiqamətə maneəsiz hərəkət ediblər.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 36-ya çatıb.
*** 09:29
Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat, bir tibbi yardım maşını və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bizim.Media xəbər verir ki, bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bizim.Media