Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Günəşli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobili yol kənarında dirəyə çırpılıb, 31 yaşlı Günəşli kənd sakini Natiq Məmmədov Zakir oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində o, müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Elşən Feyzullayev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:07 / 19.03.2023
Cəlilabadda avtomobil dirəyə çırpıldı - Xəsarət alan var
Hazırda oxunan: Cəlilabadda avtomobil dirəyə çırpıldı - Xəsarət alan var
Hazırda oxunan: Cəlilabadda avtomobil dirəyə çırpıldı - Xəsarət alan var
126322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.