Aynişanın Şri-Lankadakı “qızmar” MACƏRASI - FOTO/VİDEO

Hazırda oxunan: Aynişanın Şri-Lankadakı “qızmar” MACƏRASI - FOTO/VİDEO

126236

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva Novruz tətili başlar-başlamaz Şri-Lankaya yollanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Aynişan sosial şəbəkə hesabında məlumat yayıb. 

Bloqer turistlərin axın etdiyi Şri-Lankanın məşhur 1200 pilləkanından ibarət “Lion Rock”a (Şir qalası) gedib. 

“Ümid edirəm ki, biz həmin zirvəyə qalxa biləcəyik. Hədsiz çox isti var. 40 dərəcəyə yaxın isti var. Bədənimə “SPF” (gün qoruyucu) krem sürtmüşəm ki, günün şüaları dərimi yandırmasın”, - deyə Quliyeva vurğulayıb. 

Növbəti paylaşımında Aynişan sözügedən zirvəyə qalxdığını bildirib: 

“Təxmini 350 metr hündürlüyə qalxdım. Buradan isə bütün Şri-Lankanı görə bilirəm. Arxada gördüyünüz bu məkan isə keçmiş kralın yataq otağı olub. Bura çox maraqlıdır və çox sayda turist var. Onların arasında azərbaycanlılar, türklər və ruslar çoxluq təşkil edir”. 

Rəşad Əliyev, Bizim.Media
 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin