İranın regiondakı LİDERLİK AMBİSİYALARI

Hazırda oxunan: İranın regiondakı LİDERLİK AMBİSİYALARI

126191

Milli Kəşfiyyat Müdirliyinin Hesabatı

III Hissə: İran və Şimali Koreya

İran növbəti illərdə ABŞ-ın maraqlarına hədə yaratmağa, Yaxın Şərqdəki nüfuzunu sarsıtmağa, hakimiyyətini qonşu ölkələrə yaymağa və rejimə istənilən təhdidə müqavimət göstərməyə davam edəcək. Məqsədlərə çatmaq üçün İran diplomatiyadan, genişlənən nüvə proqramından, proksi və tərəfdaş  qüvvələrdən, həmçinin hərbi texnika satışından istifadə edəcək. Rejim bir tərəfdən özünü ABŞ və onun regional müttəfiqləri ilə ekzistensial mübarizədə görür, digər tərəfdən isə regional liderlik kimi uzunmüddətli ambisiyalarını həyata keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) təhlilində yer alıb. 

Nüvə proqramı

Nüvə alimi M.Fəxrizadə qətlə yetirildikdən sonra İran daha nüvə sazişi (JCPOA) ilə bağlı olmadığını bəyan edib, nüvə proqramını intensivləşdirdi. MKM-in fikrincə İrana qarşı sanksiyalar yumşaldılmasa, İran rəsmiləri ehtimal ki, uranın 90 faizə qədər zənginləşdirilməsini nəzərdən keçirəcəklər. 

İran regionda ən böyük ballistik raket arsenalına malikdir. İran “Simorgh” daxil kosmik daşıyıcı raketlər (SVL) üzərində iş aparmaqla qitələrarası ballistik raketin (İCBM) əldə edilməsinə yaxınlaşır (SVL və İCBM-in əsasını oxşar texnologiya təşkil edir). Nüvə proqramını və raket texnologiyasını inkişaf etdirməklə bərabər Tehran sanksiyaların yumşalacağı və ABŞ-ın JCPOA üzrə öhdəlikləri yerinə yetirəcəyi təqdirdə nüvə sazişinə qayıdacağını bəyan edir.

Daxili problemlər

2022-23-cü ildə İran 1979-cu ildən bəri ən kütləvi və müddətli iğtişaşlarla qarşılaşdı. İğtişaşlar tez bir zamanda cəmiyyətin geniş təbəqələrini əhatə edib, “İslam Respublikasından ümumi narazılığa” çevrildi. MKM-in fikrincə hətta rejim qorxu və zorakılıq sayəsində bu mərhələdə iğtişaşlara tab gətirsə, növbəti ildə artan iqtisadi böhran + rejimin legitimliyinin şübhə altına alınması iğtişaşları bərpa edib, daha böyük qeyri-stabillik yarada bilər. 

Regional təhdid

İran raket və PUA-lar + Hizbullah kimi proksilər sayəsində İsrail üçün əsas təhdid olmağa davam edir. İraqın şiə silahlılarını dəstəklədiyinə görə İran regional qeyri-stabillik mənbəyi olub, ABŞ-ın İraq kontingentinə əsas təhlükə olmaqda davam edir. B.Əsəd rejiminə iqtisadi/hərbi dəstək + Yəməndə husilərə dəstək S/Ərəbistanı daxil ABŞ-ın regional tərəfdaşlarına təhlükə yaradır.

Hərbi imkanlar

SEPAH İranın hərbi gücünün mərkəzi olaraq qalacaq. İran qabaqcıl döyüş təyyarələri, təlim təyyarələri, helikopterlər, hava hücumundan müdafiə sistemləri, para-donanma patrul gəmiləri və döyüş tankları kimi yeni adi silah sistemləri əldə etməyə çalışacaq. Amma iqtisadi problemlər bu sistemlərin əldə edilməsinin sürət və miqyasına məhdudiyyət tədbiq edəcək. 

ŞİMALİ KOREYA

Kim rejimi nüvə silahı və İCBM-ni avtoritar hakimiyyəti qoruma vasitəsi kimi nəzərdən keçirdir. Rejim nüvə silahından əl çəkmək fikrində olmayıb, Şimali Koreyanın nə vaxtsa nüvə dövləti kimi tanınacağını zənn edir. Məhdudiyyətlər + pandemiyanın aradan qaldırılmasında ordudan asılılıq ehtimal ki, SQ-nin döyüş qabiliyyətinin aşağı düşməsinə gətirdi. 

Bununla belə aparıcı birləşmələr döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətini saxlayırlar. Kim ABŞ-ın və region ölkələrinin raket əleyhinə müdafiə sistemlərindən yayına bilən raket qüvvələri yaratmaq niyyətindədir. Bunun üçün Pxenyan Çin və Rusiyadan ikili təyinatlı komponentlər idxal etməyə davam edir. 

Şimali Koreyanın kiber proqramı casusluq və cinayətkarlıqdan ibarət mürəkkəb və çevik bir təhlükədir. Pxenyanın kiber qüvvələri yetkin olub, hətta ABŞ ərazisində strateji tapşırıqlar yerinə yetirmək iqtidarındadır. Pxenyanın, ABŞ-ın bəzi kritik infrastruktur şəbəkələrində müvəqqəti, məhdud fasilələr yaratmaq və ABŞ-da biznes şəbəkələrini pozmaq təcrübəsi var. 
Pxenyan hərbi modernizasiya üçün vacib olan texniki məlumatları əldə etmək üçün kiber-casusluqdan geniş istifadə edir. 2022-ci ildə Pxenyan Sinqapurda yerləşən blokçeyn texnologiyası şirkətindən $625 mln. oğurladı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin