Bakı, Sumqayıt və Gəncədə məşhur restoran sahibləri cərimələndilər - SİYAHI 

Hazırda oxunan: Bakı, Sumqayıt və Gəncədə məşhur restoran sahibləri cərimələndilər - SİYAHI 

126160

İctimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Bildirilib ki, keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Sarı gəlin”, “Hissa”, “Sərin Saray”, “Monte Karlo”, “Grand Opera”, “Neptun”, Sumqayıt şəhərində “Ülvi”, “Xarı Bülbül”, “Yeni Həyat”, “Okean”, Gəncə şəhərində “Zümrüd”, “Əriklik”, “Kristal”, “Tural”, “Firuzə” və “Bəyaz Saray” restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. 

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib. 

Xidmət ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb. 
Monitorinq və nəzarət tədbirləri davam etdirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin