Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

Hazırda oxunan: Əli Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb

126144

Martın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderovla görüşüb. 

Bizim.Media xəbər verir ki, görüş zamanı Zaur Askenderovun səfərinin Azərbaycanla Dağıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, o cümlədən qanunverici orqanların qarşılıqlı fəaliyyətinə töhfə verəcəyinə əminlik ifadə olunub. 

Tərəflər Azərbaycan və Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafını müsbət qiymətləndiriblər. 

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin