“Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyilir.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını TƏBRİK ETDİ
Dövlətimizin başçısı ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarını yetirib, bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzulayıb.
Bizim.Media