Türkiyənin məşhur ulduzu Mahsun Kırmızıgül zəlzələ bölgəsinə yollanıb.
Bizim.Media xəbər verir ki, yardımsevərliyi ilə adından söz etdirən ulduz sözügedən ərazidə insanların acınacaqlı vəziyyəti ilə bağlı paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Mahsun Kırmızıgül Bakıda verilən hədiyyəni Adıyamanda yaşayan qıza çatdırdı - VİDEO
"Bölgədə çox az tacir, mağazalarını açdı. Hər şeyin itirən insanların bir qəpik belə pulu yoxdur. Bu il zəkatlarınızı, fitrələrinizi lütfən zəlzələdən zərər çəkənlərə verin", - deyə Mahsun vurğulayıb.
Qeyd edək ki, M.Kırmızıgül martın 12-də Bakı Konqres Mərkəzdə canlı solo konsert proqramı ilə çıxış edib. Konsertdən əldə olunan gəlir zəlzələdən zərərçəkənlərə ianə edilib.