Baş nazir bütün şəhidlərin adının məktəblərə verilməməsinin səbəbini AÇIQLADI 

Hazırda oxunan: Baş nazir bütün şəhidlərin adının məktəblərə verilməməsinin səbəbini AÇIQLADI 

126117

“Şəhid adlarının əbədiləşdirilməsi məsələsinə gəlincə, ölkədə 4500-ə yaxın məktəb var. Bunun da 3600-ə qədəri adlıdır. Nəzərə almaq lazımdır ki, bəzi hallarda bir neçə şəhid eyni məktəbdə oxuyub. Yaxud da başqa səbəblərdən onların adı məktəblərə verilə bilmir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlər Kabineti Milli Məclisə HESABAT VERİR


Nazir qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı ilə yanaşır:

“Mümkün olduğu qədər onlara bütün yardımlar göstərilir. Küçə və prospektlərə şəhid adlarının verilməsi məsələsi də qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin