Mərkəzi Gömrük Hospitalına yeni rəis TƏYİNATI

Hazırda oxunan: Mərkəzi Gömrük Hospitalına yeni rəis TƏYİNATI

126107

Mərkəzi Gömrük Hospitalının rəis müavini, Tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev bu gündən Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim təyin olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Hospitalın məlumatında qeyd edilib. 

Bildirilib ki, Bəxtiyar Musayev1982-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika I fakültəsini bitirib, 1982-1983-cü illərdə 5 saylı Klinik Xəstəxanada Cərrahiyyə üzrə internatura keçib. 

O, 1984-1989-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının ET Fiziologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, 1989-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ET Qastroenterologiya İnstitutunda kiçik, daha sonra baş elmi işçi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Topçubaşov adına ET Kliniki Təbabət İnstitutunda böyük elmi işçi, 2000-2018-ci illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah kimi çalışıb. 
Bəxtiyar Musayev 2018-ci ildən 16 mart 2023-cü ilə qədər Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini vəzifəsində, eyni zamanda ümumi cərrah kimi fəaliyyət göstərib. 50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin