Bakı məktəbində İNSİDENT – Araya girən direktor müavini XƏSARƏT aldı

Hazırda oxunan: Bakı məktəbində İNSİDENT – Araya girən direktor müavini XƏSARƏT aldı

126093

Bakı məktəbində şagirdlər arasında insident yaşandığı iddia olunur.  Hadisənin martın 10-da Yasamal rayonu 158 nömrəli orta məktəbdə Azərbaycan və rus bölümündə təhsil alan şagirdlər arasında yaşandığı bildirilir.   

Bizim.Media-ya bu barədə məlumat verən mənbənin sözlərinə görə olayın baş verdiyi gün Elm və Təhsil Nazirliyinin nümayəndlərindən ibarət komissiya məktəbdə olub.
 

MÖVZU İLƏ BAĞLI:

İbtidai siniflər üçün yazılmış nağılda İNTİM səhnə - Biabırçı VİDEO


Bu zaman 9 və 11-ci sinif şagirdləri arasında mübahisə yaşanıb. İnsident zamanı şagirdlərdən birinin əlində bıçaq olduğu da bildirilir.

Mübahisəni sakitləşdirmək üçün araya girən direktorun təlim-tərbiyə işləri üzrə müavini Nəzakət Cəfərova üz nahiyyəsindən ciddi xəsarətlər alıb. 

Mənbə bildirir ki, mübahisənin hansı səbəbdən və məhz komissiyanın məktəbdə olduğu vaxtda baş verməsi bir qədər müəmmalı görünür. Amma ciddi olay olduğundan məktəbə ərazi üzrə polis əməkdaşları çağırılıb. Olay iştirkçılarından və zərərçəkəndən izahatlar alınıb.

158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova ilə əlaqə saxladıq.

Direktor sualımızı eşidər-eşitməz “nə sözünüz varsa, buyurun məktəbə gəlin, danışaq” deyə bildirib. Zərərçəkən Nəzakət Cəfərova isə məsələni nə təsdiq, nə də inkar edib. O,  şagirdlərdən ibarət tədbirdə iştirak etdiyi üçün məsələyə sonra münasibət bildirəcəyini qeyd edib. 

Bakı Şəhər Təhsil İdarəsindən Bizim.Media-ya məsələnin araşdırıldığı bildirilib.

Yazıda adı keçənlərin mövqeyini dərc etməyə hazırıq. 

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin