İbtidai siniflər üçün yazılmış nağılda İNTİM səhnə - Biabırçı VİDEO

Hazırda oxunan: İbtidai siniflər üçün yazılmış nağılda İNTİM səhnə - Biabırçı VİDEO

126074

İbtidai siniflər üçün sinifdənxaric oxu vəsaiti kimi təqdim olunan "Azərbaycan Nağılları” kitabındakı biabırçılıq sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. 

Sözügedən kitabda azyaşlılar üçün nəzərdə tutulan nağılın tənqid olunmasının əsas səbəbi mövzunun uşaq psixologiyasına uyğun olmaması ilə əlaqədardır.

Nağılda əndazədən kənar ifadələrin, eləcə də erotik, mentalitetimizə zidd səhnələrin azyaşlılara təlqin edilməsi əks olunub ki, bu da sərt şəkildə qınanılıb. Kitabın müəllifi və mövzunu şagirdlərə təklif edənlərin ciddi şəkildə məsuliyyətə cəlb olunmaları istənilib. 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, bəhs olunan kitab yəqin ki, müəyyən təşkilatlar və ya özəl qurumlar tərəfindən hazırlanan vəsaitdir:

“Müəlliflərin və ya təşkilatların hazırladığı vəsaitə görə əlbəttə ki, Elm və Təhsil Nazirliyi cavabdehlik daşımır. Kitabda əks olunan mətnlə mən də tanış oldum. Burada təqdim olunan informasiya əlbəttə ki, uşaqların yaş psixologiyasına uyğun deyil. Əgər biz ibtidai siniflər üçün nağıl danışırıqsa, burada düzgün ifadələr və məlumatlar əks olunmalıdır. Hər hansı bir dərsliyi və sinifdənxaric oxunu hazırlayan şəxs bilməlidir ki, Nazirlər Kabinetinin dərsliklərin hazırlanması ilə bağlı müvafiq qərarı var.

Bu qərarda uşaqların yaş psixologiyası, verilən informasiyaların dəqiqliyi, kitabın səhiflərində istifadə olunan kağızlar və digər nüanslar əks olunur. Ən azı həmin qərar əllərində sübut mənbəyi kimi olmalıdır”.

Ekspert qeyd edib ki, bu tip kitablarla bağlı monitorinq aparılmalıdır: 

“Son dövrlər müxtəlif şəxslər şuuraltı olaraq vəsait və dərsliklərdə hansısa məqamları qeyd edirlər. Görünən odur ki, həmin vəsaiti hazırlayan şəxslərə hər hansı nəzarət olunmadığı üçün onlar da istədikləri informasiyanı vəsaitlərdə nəşr edirlər. Qaldı ki, bu kitabı sinifdənxaric oxu kimi şagirdlərə təklif və təqdim edən müəllimə, o, sorğuya cəlb olunmalıdır ki, hansı əsaslarla bu mətni uşaqlara tövsiyə edir? Təbii ki, vəsait Elm və Nazirliyinin nəşr etdiyi kitab olsaydı, əlbəttə ki, tənqid hədəfi nazirlik olardı”.
 


Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin