“Yüz minlərlə insan bu qanunsuzluqların əziyyətini çəkir” – Komitə sədrindən ETİRAZ 

Hazırda oxunan: “Yüz minlərlə insan bu qanunsuzluqların əziyyətini çəkir” – Komitə sədrindən ETİRAZ 

126042

“Elə rayonlar var ki, kənd təsərrüfatı üçün ayrılmış 10 min hektardan çox ərazidə tikinti işləri aparılıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev səsləndirib.

“Həmin ərazilərdə ev tikmiş vətəndaşlar uzun illərdir qeydiyyata düşə bilmirlər. Onlar qeydiyyatsız yaşamaq məcburiyyətindədirlər.

Həmin vətəndaşlar evlərini tərk etmək qorxusu ilə yaşayırlar. Bu səbəblərdən dolayı yüz minlərlə insan icra hakimiyyətləri və bələdiyyələrin qanunsuzluğunun əziyyətini çəkir. Bu istiqamətdə zəruri tədbirlərin görülməsinə ehtiyac var”, - deyə Komitə sədri əlavə edib.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin