Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan Bağmanovlar Amsterdama yollanırlar.
Bizim.Media xəbər verir ki, zaqatalalı qardaşlar aprelin 15-i yarışmadan əvvəl ilk dəfə böyük səhnədə, “AFAS Live” konsert zalında çıxış edəcəklər.
Xatırladaq ki, Tural və Turan sözügedən yarışmada “Tell me more” nəğməsi ilə ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, 9-13 may tarixlərində keçiriləcək "Avroviziya-2023" mahnı müsabiqəsi bu il Böyük Britaniyanın Liverpul şəhərində təşkil ediləcək.
Rəşad Əliyev, Bizim.Media