Müğənni Günel Məhərrəmova özünə dəbdəbəli ev aldığı üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunda danışıb.
Sözügedən proqramın aparıcısı Zaur Kamal “Təzə ev almısan?” sualına Günel “Evi “Xətai” ərazisində iki il əvvəl almışam. Qonşularım isə aparıcısı İlkin Həsəni və müğənni Avşin Azəridir” cavabını verib.
Qeyd edək ki, G.Məhərrəmova ərinin illərdir Ukraynada yaşadığını və orada mebel işi ilə məşğul olduğunu açıqlamışdı. Bakıya qayıtmaq fikri olmadığından müğənni yoldaşından ayrılıb. Keçmiş cütlüyün Əli adlı oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media