Azərbaycan kişi ölümlərində niyə birinci yerdədir? – Kardioloq saxtakarlığın ÜSTÜNÜ AÇDI

Hazırda oxunan: Azərbaycan kişi ölümlərində niyə birinci yerdədir? – Kardioloq saxtakarlığın ÜSTÜNÜ AÇDI

126005

Dünyada kişilər arasında ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm sayına görə Azərbaycan birinci sırada yer alıb. İkinci sıranı Tacikistan, üçüncü yeri isə Belarus tutur. Bu sıralamada ilk beşliyi Özbəkistan və Ukrayna qapadır.

Qonşu dövlətlərdən Gürcüstan bu sıralamada 18-ci, Rusiya 21-ci, İran 66-cı, Türkiyə isə 117-ci yerdə qərarlaşıb.

Bəs, ölkəmizin belə bir sıralamada ilk yeri tutmasının səbəbi nədir?

Suala kardioloq, uzman həkim Üzeyir Rəhimov aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, burda tək səbəb Azərbaycanda ürək-damar xəstəliyinin çoxluğu deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə zəlzələdən sonra infarkt riski 6 DƏFƏ ARTIB – Media da SUÇ ORTAĞIDIR


“Azərbaycanda ölənlərin hamısının ölüm kağızına bir qayda olaraq ürək çatışmamazlığı yazılır. Məlumdur ki, istənilən ölüm halında ilkin olaraq ürək dayanmalıdır. Bizdə də onkoloji və yaxud digər xəstəlikdən vəfat edən də səbəb kimi urək çatışmamazlığı göstərilir. Bir sözlə kim vəfat edirsə onun ölüm kağızına istər təcili yardımlarda, istərsə də xəstəxanalarda ürəyin dayanması yazılır. Bu da statistikaya ürəkdən ölüm kimi düşür. Ona görə də ürəkdən ölüm sayının statistikasına görə Azərbaycan dünyada ilk sıraları tutur”.

Üzeyir Rəhimov onu da qeyd edib ki. amma bu o demək deyil ki, Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən insanların sayı qonşu və digər dövlətlərdə olan xəstələrdən daha çoxdur:

“Əsla. Dəqiq statsitika aparılsa, Azərbaycan bu məsələdə çox-çox aşağı yerlərdə qərarlaşar. Etiraf edək ki, ölkəmizdə bəlkə də yeganə xəstəlikdir ki, ürək-damar xəstəliklərinin müalicəsinə 100 faiz təminat var. Üstəlik, müalicə və cərrahiyyə üsulları kifayət qədər əlçatandır”.

Uzman həkim ürək-damar xəstəliklərinin artma səbəbinə də toxunub:

“Hərəkətsiz bir cəmiyyət olmuşuq. Yemək vərdişlərimiz pozulub. “Fast-foot” və digər hazır qidalara üstünlük veririk ki, bu da ürək xəstəliyini artırır. Çox çəkili bir cəmiyyət olmuşuq. Stress və digər səbəblər də ürək xəstəliyindən əziyyət çəkənlərin sayını artırıb”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin