Bacısı Elzanı ərə vermək istəyir - VİDEO

Hazırda oxunan: Bacısı Elzanı ərə vermək istəyir - VİDEO

125990

Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan tərbiyəçi kimi çalışdığı üzə çıxıb. 

Bizim.Media xəbər verir, sənətçinin bacısı “Şou xəbər” müsahibəsində özünü Seyidcahan nəslinin böyüyü kimi qələmə verib. 

“Mən Seyidcahan nəslinin böyük nəvəsiyəm. Evin də böyük qızıyam. Bacılarım Elza, Rasimə və Mehribandır. Ekstravaqant və avanqart stil mənə məxsusdur. Biz sadə ola bilmirik. Mən dünya səviyyəsində stilistəm. Özümü efirlərdə göstərməyi sevmirəm. Ömrümü uşaqlara sərf eləmişəm. Çünki onlar mənə daha yaxındır”.

“Bacınız Elza sizə maddi köməklik edir?” sualına Lalənin cavabı belə olub: 

“Elza niyə mənə yardım etməlidir ki? Qoy mən Elzaya kömək edim. Mən özüm başqa insanlara yardım edirəm. Mənim köməyə və yardıma ehtiyacım yoxdur”. 

Əməkdar artistin bacısı ən böyük arzusunu da dilə gətirib: 

“İstəyirəm ki, bacım xoşbəxt olsun. Lalənin (özünü deyir – red.) dünya səviyyəsində, ekstravaqant və avanqart mükafatlara bərabər geyimləri var. Əgər Elzanın toyu olarsa, həmin geyimlərlə onu geyindirərəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin