Bəstəkarlar İttifaqında “Xalq çalğı alətləri üçün musiqi” bölməsinin iclası keçirildi

Hazırda oxunan: Bəstəkarlar İttifaqında “Xalq çalğı alətləri üçün musiqi” bölməsinin iclası keçirildi

125926

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Xalq çalğı alətləri üçün musiqi” bölməsinin növbəti iclası keçirilib.  

Bizim.Media xəbər verir ki, tədbir bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Quliyevin iki yeni əsərinin dinlənilməsinə həsr olunub.  

Sənətkar son günlərdə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında lentə alınmış, müəllifi olduğu “İrəvan şikəstəsi” və “Xocalı şikəstəsi”ni bölmənin müzakirəsinə təqdim edib.  

Əsərlər dinlənildikdən sonra ABİ-nin katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov, musiqişünaslar Səadət Təhmirazqızı, Xanlar Novruzov, bəstəkarlar Azad Zahid və Tural Məmmədli fikirlərini söyləyiblər. Müəllif və əsərləri səsləndirən orkestrin dirijoru İlahə Hüseynova birgə iş prosesindəki diqqət çəkən məqamlardan danışıblar.  
Milli musiqimizdə bu cür sənət nümunələrinin yaradılmasının vacibliyindən söz açan çıxışçılar müəyyən qeydləri nəzərə almaqla şikəstələrin hər ikisini peşəkarlıq baxımından məqbul sayıb.

Qeyd edilib ki, qarşıda yeni əsərlərin konserti nəzərdə tutulur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin