Qara Qarayev De Byazinin QARA SİYAHISINDA: Maksim də onun güdazına gedib

Hazırda oxunan: Qara Qarayev De Byazinin QARA SİYAHISINDA: Maksim də onun güdazına gedib

125880

Millinin baş məşqçisi Canni De Byazi “Qarabağ”ın iki futbolçusuna qarşı qərəzli davranışını davam etdirir.

Bizim Media xəbər verir ki, italiyalı çalışdırıcı Maksim Medvedevlə Qara Qarayevi bu ay start götürəcək AVRO-2024-ün seçmə mərhələ oyunlarına çağırmayacaq.

Hər iki futbolçu açıqlanacaq siyahıda yer almayıb. De Byazinin bu oyunçularla ədavəti artıq neçə müddətdir ki, davam edir. O, öncə Qarayevi boyunun qısa olmasını əsas gətirərək milliyə çağrmadı.
Futbolçunun özünün açıqlamasından sonra məlum oldu ki, əslində məşqçi ilə oyunçu arasındakı problem başqa səbəbdən qaynaqlanır. Məşqlərin birində “Qarabağ”ın üzvü De Byazidən əsas heyətdə niyə oynamadığını soruşub. Məşqçi isə bundan hiddətlənib və onu “qara sıyahı”ya salıb.

Maksim Medvedevin millidən kənarda qalması da bir növ komanda yoldaşı ilə bağlıdır. O, televiziya verilişlərinin birində Qaranın müdafiəsinə qalxdığı üçün De Byazinin qəzəbinə tuş gəlib.

Beləliklə məşqçi ilə futbolçular arasındakı şəxsi ədavətin ziyanı milli komandaya dəyir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin