Ölkə sakinləri Ermənistan baş naziri Nikol Paşinyan üçün hökumətin bağ evinin qapısında araq qoyublar.
Bizim.Media xəbər verir ki, Respublika Partiyasının gənclər qanadının rəhbəri Ayk Mamidjanyan “Facebook”da canlı olaraq dostlarını fləşmoba qoşulmağa dəvət edib.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstan saxtakarlığa görə erməni şərablarının tranzitini dayandırdı – Ermənilər şokda
“Bu gün dostlara hökumət evinin yanında bir flaşmob təklif etmək istəyirəm.
40.000 layiqli vətəndaşın mitinqi nəticəsində bu bağ evinin sakinlərindən biri alkoqol ehtiyatını tükəndirib.
Mən "alçaqlara dəstək" adlı flaşmob təklif edirəm. Hər kəs bir şüşə alkoqollu içki gətirib hökumət daçasının qapısında buraxa bilər” deyib.
Bizim.Media