Bakıda 119 marşrut avtobusu GECİKİR

Hazırda oxunan: Bakıda 119 marşrut avtobusu GECİKİR

125764

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 46 müntəzəm marşrut xətti üzrə 119 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib.

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 26-28 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şosesi – şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə var.

3. Zabrat şosesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur

4. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti “Azneft” dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə qeydə alınır.

5. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-18 dəqiqə gecikmə müşahidə olunur.

6. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-22 dəqiqə gecikmə var.

7. Badamdar şosesi, Mikayıl Müşfiq küçəsi, Parlament prospekti istiqamətində 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.

8. Koroğlu Rəhimov küçəsi – hər iki istiqamətində sıxlıq. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin