İrandan Azərbaycana gətirilən portağal və bibərdə zərərli orqanizm aşkarlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Belə ki, idxalatçı şirkətlərin müraciəti əsasında Agentlik əməkdaşlarının götürdüyü nümunələrin müayinələri nəticəsində İrandan idxal olunan “Ballı Store N” MMC-yə məxsus 7 372 kq bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kq və “Narnumru“ MMC-yə məxsus 21 100 kq portağal məhsulunda isə sitrus tristeza virusu aşkarlanıb.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul partiyaları barədə qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.
Verilmiş qərarlara əsasən Qaradağ Rayon Qızıldaş Poliqonunda məhvetmə tədbiri həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:33 / 15.03.2023
İrandan gətirilən portağal və bibərdə zərərli orqanizm TAPILDI
Hazırda oxunan: İrandan gətirilən portağal və bibərdə zərərli orqanizm TAPILDI
Hazırda oxunan: İrandan gətirilən portağal və bibərdə zərərli orqanizm TAPILDI
125629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.