Bu gün "Real Madrid" "Liverpul"u qəbul edəcək

Hazırda oxunan: Bu gün "Real Madrid" "Liverpul"u qəbul edəcək

125575

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaq.

İspaniya "Real Madrid"i İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi "Liverpul"u qəbul edəcək. Görüşün baş hakimi almaniyalı Feliks Tsvayer olacaq.

Gecənin digər matçında isə "Napoli" İtaliyada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını sınağa çəkəcək. Neapol təmsilçisi ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanıb. Oyunu ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

15 mart

00:00. "Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Feliks Tsvayer (Almaniya)

İlk oyun - 5:2

Madrid, "Santyaqo Bernabeu" stadionu

00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" Frankfurt (Almaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

İlk oyun - 2:0

Neapol, "Dieqo Armando Maradona" stadionu

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Bavariya", Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" və "İnter" komandaları 1/4 finala vəsiqə qazanıblar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin