Laçında N saylı hərbi hissədə İlaxır çərşənbə qeyd edilib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Görüntülərə əsasən vətənin keşiyində dayanan hərbiçilərimiz hərbi hissənin həyətində bayram tonqalı qalayaraq ətrafında rəqs ediblər.
Qeyd edək ki, 44 günlük Vətən müharibısindən sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci ildə imzaladığı 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media