Bir neçə gündür,sosial şəbəkələrdə polşalı turistlə ingilis dilində sərbəst danışığı ilə gündəmdə olan Xınalıq məktəblisi İbrahim Zeynalov Bakıya, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinə (MÜSİAD) dəvət olunub.
Bu barədə Bizim.Media-nın Şimal bürosuna açıqlamanı məktəblinin atası Bəhmən Zeynalov verib məktəblinin atası Bəhmən Zeynalov verib.
MÖVZU İLƏ BAĞLI:
Bir gündə məşhurlaşan Xınalıqlı İbrahim ermənilərə SƏSLƏNDİ - VİDEO
Atası Bəhmən Zeynalovla MÜSİAD Azərbaycan təşkilatında olan İbrahim Zeynalov burada idarə heyətinin sədri Rəşad Cabirli və idarə heyətinin üzvləri ilə görüşüb.
Xınalıq məktəblisi burada özünün ingilis dilinə marağ, necə öyrənməsi və gələcək planları barədə danışıb.
Qeyd edək ki, bir neçə gün əvvəl MÜSİAD Azərbaycan təşkilatı İbrahim Zeynalovun iyul ayında iki həftəlik İngiltərəyə göndəriləcəyi barədə məlumat yaymışdı.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.