Cəmi 5 dəqiqəyə necə yuxulamalı? TikTok sosial şəbəkəsinin Psychologee ayamalı istifadəçisi video paylaşaraq cəmi beş dəqiqə ərzində yuxuya getməyin sirrini açıqlayıb.
"Bir-birilə heç bir əlaqəsi olmayan əşyaları fikrinizdə sadalamağa başlayın", - qız deyib.
Bizim.Media “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, bu üsul ona yuxusuzluğun öhdəsindən gəlməyə yardım edib.
MÖVZU İLƏ BAĞLI:
Stress atmaq üçün vacib məsləhətlər
Onun sözlərinə görə, ağlınızdakı əşyalar nə qədər çox təsadüfi olsa, bir o qədər yaxşıdır.
Profilində diplomlu psixoloq olduğu qeyd olunan video müəllifi deyib ki, bu üsulu o özü də bir psixologiya müəllimindən öyrənib.
Videoya iki gün ərzində yarım milyon istifadəçi baxıb.
Bizim.Media