Azərbaycanda ÜDM-in həcmi AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda ÜDM-in həcmi AÇIQLANDI

125458

Cari ilin yanvar-fevral aylarında ölkədə 19 mlrd. 812,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4% çox ümumi daxili məhsul istehsal olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6% azalıb, qeyri neft-qaz sektorunda isə 4,6% artıb.

ÜDM istehsalının 50,3%-i sənaye, 8,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i tikinti, 2,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrinin, 16,9%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin